19.01.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Xəbərlər

Hadisə

Ekologiya

Hərb

Kriminal

Xəbərlər

Dünya

Sağlamlıq

Günün mövzusu

Sağlamlıq

Siyasət

Mətanət Əsgərqızı: insanlar təkcə hadisəyə görəmi aqressiviydilər???

 Mətanət Əsgərqızı: insanlar təkcə hadisəyə görəmi aqressiviydilər???

Azərbaycan Polisi olmasa inanın, evimizdən çölə çıxa bilmərik! Bu sözləri Əsgər Ailələrinə Dəstək ictimai birliyinin təsisçisi Mətanət Əsgərqızı İmişli rayonunda baş verən hadisələrlə bağlı öz sosial şəbəkə hesabında yazıb. YeniZamantv.az yazını təqdim edir:

İmişli rayonunda baş verən hadisələrdən kədərimizi bildiririk. Tanrı balalarımızın ruhunu şad etsin. Ailələrinə səbr versin. Yaralıların da tez sağalmasını diləyirik.  İnanırıq ki, günahkarlar cəzalanacaq. Baş verən hadisəyə görə rayondakı qarışıqlıqdan narahatıq. Hər kəsi səbrli olmağa səsləyirik.
Azərbaycan Polisi olmasa inanın, evimizdən çölə çıxa bilmərik! Dünənki hadisədə dövlət əmlakının məhv edilməsi məsələsini qınayıram. Amma gəlin məsələyə bir də başqa tərəfdən baxaq: insanlar təkcə hadisəyə görəmi aqressiviydilər??? Xeyr, insanlar öfkələrini saymazyana məmurların haqqlarını tapdadığından, içlərinə yığdıqları kinlərini qusdular. Lakin o kin gərək Azərbaycan Polisinə qarşı işlənməyəydi! Ona görə deyirik ki, hər bir məmurun səhv addımı ölkə rəhbərinin ayağına yazılır. Nəhayət insanları dinləyin. Qanunlar vətəndaşın da xeyrinə işləsin! Yoxsa kresloda oturan kimi şirə dönən bəzi məmurların ucbatından hələ çox itkilərimiz olacaq… Allah dövlətimizi, millətimizi qorusun!
Bu vəziyyətdə ziyalılarımızın da üzərinə məsuliyyət düşür. Özündə təpər tapan, xalqın sözünü dinləyəcək ziyalı varsa İmişliyə getsin. Orada insanlarla görüşsün. Problemlər mövcuddursa birgə müzakirə edib, həlli üçün addımlar atılsın. İmkan vermək olmaz ki, bu hadisədən manipulyasiya edib hansısa qeyri-qanuni hərəkərlərə yol verilsin.
Paylaşın:

Digər yazılar