01.03.2025
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Cəmiyyət

Sosial

Ekologiya

Cəmiyyət

Qarabağ

Günün mövzusu

Sosial

Ekologiya

Sağlamlıq

Araşdırma

Xəbərlər

Cəmiyyət

Sərhəddə atışma olub? – Sərkisyan çağırış etdi

 Sərhəddə atışma olub? – Sərkisyan çağırış etdi

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Geqakurnik vilayəti istiqamətində atəşkəsin pozulduğu və atışma səslərinin eşidildiyinə dair məlumatlar yayılıb.

YeniZamantv.az xəbər verir ki, bəzi sakinlərin sosial şəbəkələrdə bu iddia ilə çıxış etdiyi və bir neçə erməni KİV-in də sözügedən paylaşımlara əsasən məlumat yaydıqları bildirilir.

Vilayətin qubernatoru Karen Sərkisyan isə iddiaların həqiqətə uyğun olmadığını deyib:

“Geqarkunik vilayətinin sərhədləri boyunca atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mətbuatı əsassız gərginlik yaratmamağa və reallığa uyğun gəlməyən məlumatları yaymamağa çağırıram”.

Qeyd edək ki, ötən gün “Joxovurd” qəzeti budəfəki delimitasiya və demarkasiya prosesinin sərhədə yaxın yerləşən Geqarkunik vilayətinin Çəmbərək (Qırmızıkənd-red.) və Sotk (Zod-red.) ərazilərindən başlayacağını yazmışdı.

Paylaşın:

Digər yazılar