Komitə sədri Məclisdə qəbul keçirib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Məclisdə növbəti vətəndaş qəbulu keçirib.
Vətəndaş cəmiyyəti institutu nümayəndələri – TESAM-ın (“Türkiyə İqtisadi, Sosial və Strateji Araşdırmalar Mərkəzi”nin) Azərbaycan təmsilçisi Elməddin Məmmədzadə, “Mədəniyyətin, İncəsənətin İnkişafı və Təbliği” İctimai Birliyinin təsisçisi Turanə Orucova, vətəndaşlar – İzzət Kərimov, Ellada Məmmədli, Güləhməd Hacıəliyev, Şəhriyar Kərimov, Rəşad Əliyev və b. ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla bağlı fikirlərini bölüşüb.
Komitə sədri qaldırılan vacib məsələlər – ictimai birliklərin dövlət qeydiyyatı, fəaliyyəti, vacib layihələr, əməkdaşlıq imkanları, eləcə də, əfv məsələləri üzrə əlaqədar dövlət orqanları ilə müzakirə aparacağını, müvafiq müraciət məktubları göndərəcəyini bildirib.