20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Əliyevin tələbindən sonra durum dəyişdi – O iddianın üstündən xətt çəkilir

 Əliyevin tələbindən sonra durum dəyişdi – O iddianın üstündən xətt çəkilir

Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə gündəmə gətirib.

YeniZamantv.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri yeni Konstitusiyanın qəbulu ilə bağlı tələb-təlimatı Əliyevdən aldıqlarını inkar etsələr də, diplomatik mənbələrimiz bildirirlər ki, Azərbaycan lideri sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib. Əliyevin tələbinə görə, Ermənistanın daxili qanunvericiliyi müqavilə bağlayan tərəflərin bir-birlərinə qarşı ərazi iddialarının olmaması prinsipinə uyğunlaşdırılmalıdır”, – nəşr yazır.

Söhbətin Azərbaycana ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılmasından gedir. Ermənistan qanunları və atributlarında Türkiyəyə də ərazi iddiaları var.

Paylaşın:

Digər yazılar