23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Planları suya düşənlər – Mətanət Əsgərqızı

 Planları suya düşənlər – Mətanət Əsgərqızı

Onun humanist addımlarının dəfələrlə şahidi olduq. Bir çox planlar, ona qarşı etimatsızlıq mühiti , xalqda narazı kütlə formalaşdırmaq, istər hakimiyyətin daxilində, istər xarici qüvvələrin və beşinci kolonun illərdir hərəkətə keçdiyi iş planına daxildir.Amma hər dəfə də istədikləri alınmır.

Bu dəfə də prezident bir daha sübut etdi ki, dövlət babadır.Hər yoldan keçən bu dövləti əyə, onun dəyərlərinə əyri baxa bilməz. Həftələrdir xalqın çox qismi narahatlıq yaşadı. Müharibə veteranı, Musavat partiyasının fəalı Tofiq Yaqublu ilə bağlı məhkəmənin həbs qətiimkan tədbirinin dəyişdirilməsi xahişi ilə hər bir vətənpərvər insan ayaqda idi.Sözsüz ki, illərdir Azərbaycanın daxilində və xaricində oturan şər dağarcıqlarının əlinə gözəl fürsət düşmüşdü. Amma bu dəfə də istəkləri alınmadı.

Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirildi və onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi.

Əslində bu qərar dövlətin humanist siyasətinin göstəricisidir. Onun təminatçısı isə Azərbaycan Respublikasının Prezidentidir.Dövlət hər zaman vətəndaşı üçün hər addımı ata bilər. Bu dövlətin böyüklüyünün göstəricisidir. Tofiq Yaqublu məsələsində dövlətimiz daha bir imtahan verdi.Bu imtahandan hər birimiz qələbə ilə çıxdıq.Xalqın dayaq olduğu heç bir hakimiyyəti kənar qüvvələr yıxa bilməz. Artıq dövlət də, Prezident də bunun fərqindədir.Yetər ki, alaq otları təmizlənsin.Yeni gələn qüvvələr isə olanlardan nəticə çıxarsınlar.Hər birimiz çox diqqətli olub, birliyimizi əldən verməməliyik.Beləliklə, xalqın dəstəyi ilə bu dəfə də dövlət baba qalib gəldi!

Mətanət Əsgərqızı
Paylaşın:

Digər yazılar