Abşeronda qanunsuz tikintinin qarşısı alınıb – VİDEO
Abşeron rayonunun Məmmədli kəndi ərazisində qanunsuz tikintinin qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi adıçəkilən ərazidə müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edib.
Həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt sökülüb.