22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Son 20 ildə dünyada 1668 jurnalist öldürülüb – ÖZƏL

 

Parisdə yerləşən “Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) dünya üzrə öldürülən jurnalistlərin sayı ilə bağlı hesabat yayıb.

Açıqlanan məlumatlara görə, son 20 ildə ümumilikdə 1668 jurnalist həyatını itirib. RSF-nin verdiyi açıqlamada 2003-2022-ci illərin jurnalistlər üçün ölümcül illər olduğu və bu müddət ərzində hər il orta hesabla 80-dən çox jurnalistin öldürüldüyü bildirilib.

İraq və Suriyanın jurnalistlik peşəsi üçün ən təhlükəli ölkələrin olduğu bildirilən hesabatda son 20 ildə İraqda 299, Suriyada isə 279 olmaqla ümumilikdə 578 jurnalistin öldürüldüyü bildirilib. Elan edilmiş sayı dünyada öldürülən jurnalistlərin üçdə birindən çoxunu təşkil edir. Suriyadakı müharibə səbəbiylə ən qaranlıq dövrün 2012 və 2013-cü illər olduğu bildirilən hesabata görə, 2012-ci ildə 144, 2013-cü ildə isə 142 jurnalist öldürülüb. Bildirilib ki, 54 jurnalistin öldürüldüyü 2019-cu ildən başlayaraq bu rəqəmlər tədricən azalmağa başlayıb.

Paylaşın:

Digər yazılar