22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

DYP-dən baş verən son qəzalarla bağlı sürücülərə MÜRACİƏT

 DYP-dən baş verən son qəzalarla bağlı sürücülərə MÜRACİƏT

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi son günlər baş verən yol-nəqliyyat hadisələri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

YeniZamantv.az  xəbər verir ki, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, son günlər baş vermiş yol-nəqliyyat hadisələrinin hər biri məsuliyyətsizliyin nəticəsidir:
“Sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir. Baxın, baş vermiş hadisələrin heç biri nə sıxlıqda, nə də tıxacda olub. Deməli, yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağın yol açdığı faciələrdir. Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir. Min bir bəhanə ilə hər kəsin özünü haqlı çıxarmaq və qaydaların yanından ötüb keçmək arzusu var. Bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atmaq daha sonra bu ağır hadisələrin nəticəsində faciələri sığortalamır. Bir daha sizdən xahiş edirik ki, yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin. Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.
Paylaşın:

Digər yazılar