20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Rusiyalı tanınmış politoloq vəfat edib

 Rusiyalı tanınmış politoloq vəfat edib

Rusiyalı tanınmış politoloq, şərqşünas və islamşünas alim Aleksey Malaşenko 72 yaşında vəfat edib.

YeniZamantv.az APA-nın Moskva müxbirinə istinadən  xəbər verir ki, bu barədə rusiyalı politoloq Arkadi Dubnov “Facebook” səhifəsində məlumat verib.

“Aleksey Malaşenko bu gün qəflətən vəfat edib. Parlaq alim, görkəmli islam alimi, ləyaqətli insan, sadəcə dost…”, – deyə Dubnov yazıb.

Qeyd edək ki, A.Malaşenko Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətləri üzrə tanınmış ekspertlərdən biri olub.

Uzun illər çalışdığı Karnegi Mərkəzində keçmiş Qarabağ müharibəsinə dair çoxsaylı məqalələrin, siyasi təhlillərin müəllifi olub.

O, 2 fevral 1951-ci ildə Moskvada anadan olub.

1974-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunu bitirib.

1976-1982-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi, 1979-1980-ci illərdə Elmlər Akademiyasının Liviyadakı ekspedisiyasının məsləhətçisi olub.

Malaşenko Əlcəzairdə Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olub.

 

Paylaşın:

Digər yazılar