İran prezidentinin yaxın həftələrdə Türkiyəyə səfəri gözlənilir
İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalının efirində bildirib.
“Belə bir səfər hazır idi. Müəyyən səbəblərdən səfər təxirə salındı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək” – deyə Kalın müsahibəsində deyib.
O, səfərin konkret vaxtını açıqlamayıb.