25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

İctimai Şura: Daxili İşlər Nazirliyinə yönləndirilən vətəndaş müraciətlərinə reaksiya ürəkaçan deyil

 İctimai Şura: Daxili İşlər Nazirliyinə yönləndirilən vətəndaş müraciətlərinə reaksiya ürəkaçan deyil

2022-ci il dekabrın 30-da Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

YeniZamantv.az xəbər verir ki, iclasda İctimai Şuranın 11 üzvü iştirak edib. İctimai Şuranın sədri Alimammed Nuriyev öncə gündəliyi iştirakçılara təqdim edib və gündəlik layihəsi səsə qoyularaq təsdiq edilib.

Daha sonra İctimai Şuranın sədri Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı Şura üzvlərinə məlumat verib.

Ə.Nuriyev qeyd edib ki, ötən müddətdə qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı iş aparılıb: “Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi “Məişət zorakılığına qarşı mübarizədə polis-vətəndaş cəmiyyəti əməkdaşlığı: mövcud vəziyyət və gözləntilər” mövzusunda ictimai dinləmə çox məsuldar keçdi. Tədbirdə Daxili İşlər Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri iştirak etdi. Bundan başqa Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın tərkibində Polis orqanlarının müvəqqəti saxlama yerlərinin Monitorinq Qrupu üzvləri Qaradağ, Xətai və Binəqədi rayon Polis İdarələrinin Müvəqqəti Saxlama yerlərində monitorinq aparıblar. Monitorinqin nəticələri ilə bağlı Hesabat hazırlanaraq Daxili İşlər Nazirliyinə göndərilib. Amma bu istiqamətdə əks əlaqə zəifdir. Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın tərkibində yaradılan Yol hərəkətinin təşkili və təhlükəsizliyinin və  Şikayətlər və şikayətlərin araşdırılması üzə Monitorinq Qruplarının da Fəaliyyət Planları Daxili İşlər Nazirliyinə göndərilsə də, indiyədək faəliyyətləri üçün uyğun imkan yaradılmayıb. Həmçinin, Daxili İşlər Nazirliyinə yönləndirilən vətəndaş  müraciətlərinə reaksiya ürəkaçan deyil. Ümid edirəm ki, Daxili İşlər Nazirliyi bu istiqamətdə qısa zamanda tədbir görəcək”.

Daha sonra Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın 2022-ci ildəki fəaliyyəti və qarşıdakı müddətdə fəaliyyətin gücləndirilməsi ilə bağlı Şura üzvləri, Mahirə Əmirhüseynova, Sevda Məmmədova, Mehriban Zeynalova, Mətanət Cəfərova, Rauf Zeyni, Rafail Becanov, Elməddin Muradlı və Xalid Kazımovun fikirləri dinlənilib.

İclasda Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın 2022-ci il üçün hesabatı qəbul edilib. İctimai Şuranın hesabatının 2023-cü il yanvarın sonunda ictimaiyyətə açıqlanması qərara alınıb.

Həmçinin, qərara alınıb ki, İctimai Şuranın fəaliyyətindəki çətinliklərin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyinə müraciət olunsun.

Paylaşın:

Digər yazılar