20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan qaziləri Mersinin azad olunması tədbirlərində

 Azərbaycan qaziləri Mersinin azad olunması tədbirlərində

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup qazinin Türkiyəyə səfəri başlayıb.

Mersinin azad olunmasının 101-ci ili münasibəti ilə keçirilən tədbirə qatılan qazilərimizi Mersin Valisi Əli Həmzə qarşılayıb.

Mersinin azad olunmasına həsr olunmuş yürüş başlayıb. Daha sonra Mersin Valiliyində tədbir keçirilib. Tədbir TC Prezidenti Rəcəb Təyyub Ərdoğanın təbrik məktubunun  iştirakçılara çatdırılması ilə açılıb.

Mersin valisi Ali Həmzə Pəhlivan Mersinin azad olunması tarixindən danışaraq böyük günün əhəmiyyətini vurğulayıb.

Ağ Dəniz Bölgü və Qarnizon komutanı Tüm admiral Fuad Gədik 101 il öncə türk əsgərlərinin göstərdikləri qəhrəmanlığı və bu hadisənin tarixə qızıl hərflərlə yazıldığını, bu tarixin heç zaman unudulmyacağını qeyd edib.

Mersin Böyükşehir belediyye başqqnı Vahab Seçər tarixi gün münasibəti ilə xalqı təbrik edərək, Türkiyəyə gələrək birgə bu sevinci bölüşən Azərbaycan qazilərinə təşəkkür edib.

Tədbir maraqlı anlarla yadda qalıb.Jandarm qüvvələri xüsusi bacarıqlarını nümayiş etdirdikdən sonra Milli Xalq Oyunları qrupu rəqsləri başlayıb.

Azərbaycanlı qazilər Mersin Şəhidlər Xiyabanını ziyarət edərək, məzarlara gül qoyaraq hörmət əlaməti olaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Şəhidlər Xiyabanının ziyarətindən sonra qazilərimiz Muharib Qazilər Dərnəyinin Mersin şöbəsində qonaq olublar. Tədbirdə Mersin Valisi, Bələdiyyə başkanı, Ak dəniz bölgə və Dəniz komutanı iştirak etdilər. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli dövlət rəsmilərinə qiymətli hədiyyələr təqdim edib.

Paylaşın:

Digər yazılar