Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin səlahiyyət müddəti başa çatıb
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb.
YeniZamantv.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Ned Praysin sözlərinə görə, Filip Rikerin səlahiyyət müddətinin başa çatması Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə dair öhdəliklərinə heç bir şəkildə xələl gətirmir.
Ned Praysin həmçinin əlavə edib ki, Filip Riker hələ də Dövlət Departamentinin əməkdaşıdır.