12.12.2024
offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Günün mövzusu

Siyasət

Siyasət

Sağlamlıq

Tədbirlər

Cəmiyyət

Hərb

Siyasət

Xəbərlər

Cəmiyyət

Araşdırma

Sosial

Rusiya mətbuatı: 2022-ci ilin ən uğurlu siyasətçisi – Ərdoğan

 Rusiya mətbuatı: 2022-ci ilin ən uğurlu siyasətçisi – Ərdoğan

Bu gün Rusiya mətbuatında dərc olunan məqalədə prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna Müharibəsindəki vasitəçilik roluna görə “2022-ci ilin ən uğurlu siyasətçisi” olduğu bildirilib.

YeniZamantv.az xəbər verir ki, Ərdoğanın həm Rusiya, həm də Qərb üçün bənzərsiz bir tərəfdaş olduğuna diqqət çəkən xəbərdə, “24 fevral 2022-ci ildən etibarən prezident Ərdoğanın mövqeyi tamamilə görünməmiş bir vəziyyətə gəldi” sözləri daxil edilmişdir.
Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 24-də başlayan Ukrayna müharibəsində vasitəçi rolu ilə bir çox böhranın qarşısını aldı.

Dünyada 400 milyon insanın həyatının asılı olduğu taxıl müqaviləsi prezident Ərdoğan və BMT baş katibi Quterreşin təşəbbüsləri sayəsində imzalanıb.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə də girən prezident Ərdoğan, Rusiyanın Ukraynanın Krıma hücumu səbəbilə oktyabrın 29-da taxıl müqaviləsini dayandırdığını və ölkənin taxıl müqaviləsinə qayıtmasını təmin etdiyini açıqlayanda Rusiya prezidenti Putinlə görüşmüşdü.

Qeyd edək ki, istisnaları çıxmaqla, Türkiyə və prezident Ərdoğanın təşəbbüsləri bütün dünyada təqdir edilir.

Paylaşın:

Digər yazılar