26.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qarabağdakı erməni separatçı-terrorçu dəstələr arasında nə baş verir?

 Qarabağdakı erməni separatçı-terrorçu dəstələr arasında nə baş verir?

Qarabağdakı erməni separatçı-terrorçu dəstələr parçalanıb. 

YeniZaman.az xəbər verir ki,  uzun müddətdir artıq mətbuata belə məlumatlar sızır. Bir-birini həzm edə bilməyən qüvvələr artıq hərəkətə keçiblər. Yanvarın 7-də qondarma rejimin başçısı Arayik Arutyunyan bir sıra “əmr” imzalayıb.
Vitali Balasanyan Qarabağ separatçılarının qondarma “Təhlükəsizlik Şurası”nın katibi vəzifəsindən azad edilib. Onun yerinə Ararat Melkumyan təyin edilib.

Arayik Arutyunyan general-mayor Ararat Melkumyanı da separatçıların “Milli Təhlükəsizlik Xidməti direktorunun birinci müavini” vəzifəsindən azad edib. Ararat Melkumyanı 44 günlük müharibə zamanı Xocavənd rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı döyüşmüşdü.
Məlumatlara görə, Vitali Balasanyan özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanın təkidi ilə “vurulub”. Ermənistan KİV-ləri onların arasındakı münasibətlər kifayət qədər gərgin olduğunu qeyd edir. Vardanyan hazırda Xankəndidə özünə yeni komanda formalaşdırır.

Paylaşın:

Digər yazılar