24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

 Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 30.6.5-ci və 30.6.15-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 30.6.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 30.6.15-ci maddəsində “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 644-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 24.6-cı maddəsinin birinci cümləsində, 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 26.5-ci, 27.4-cü, 30.1-ci maddələrində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2. həmin Qanunun 24.6-cı maddəsinin birinci cümləsində və 27.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3. həmin Qanunun 5.4-cü maddəsinin birinci cümləsində, 5.5-ci maddəsində, 5.6-cı və 5.7-ci maddələrinin birinci cümlələrində, 5.8-ci, 6.2-ci, 6.4-cü maddələrində, 7.1-ci maddəsinin birinci abzasının birinci və ikinci cümlələrində, 7.2-ci və 7.3-cü maddələrinin birinci abzaslarında, 7.4-cü maddəsində, 7.5-ci maddəsinin üçüncü cümləsində, 8.2-ci maddəsində, 8.3-cü maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 8.7-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 8.9-cu maddəsində (hər iki halda), 9.3-cü maddəsinin birinci abzasında, 9.5-ci, 9.6-cı, 10.6-cı, 13.6-cı, 19.3-cü maddələrində, 21.5-ci maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsində, 30.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 30.3-cü, 30.4-cü, 30.5-ci və 30.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;
4. həmin Qanunun 25.7-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
5. həmin Qanunun 26.5-ci maddəsində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. üç ay müddətində:
2.2.1. həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.2.2. həmin Qanunun 27.4-cü maddəsinə uyğun olaraq, siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 418; 2014, № 11, maddə 1380) 2-ci hissəsi ləğv edilsin.

Paylaşın:

Digər yazılar