20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Aygün Əliyeva : Beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir

 Aygün Əliyeva : Beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir

“Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.”

YeniZamantv.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

“Qeyd etdiyiniz kimi Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantlarıdır”. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu aktiv olur. Bu müsabiqənin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirlərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının iştirakına dəstək olmaqdan ibarətdir. Bu il Agentlik tərəfindən bu qrant müsabiqəsinə müraciət üçün yeni meyarlar hazırlanır və yaxın günlərdə Agentliyin elektron resurslarında yerləşdiriləcək.

Qeyd olunan məsələlərlə yanaşı, Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Xüsusən qardaş Türkiyənin “STK Genel Müdürlüyü”, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq qurulub. BMT-nin və müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları, birgə əməkdaşlıqla bağlı razılaşmalar və s. əldə olunur.  Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.”

Paylaşın:

Digər yazılar