24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ermənistanın sabiq baş naziri: “Paşinyan Əliyevin dediklərini təkrarlayır”

 Ermənistanın sabiq baş naziri: “Paşinyan Əliyevin dediklərini təkrarlayır”

“Nikol Paşinyanın Qarabağla bağlı bəyanatları Azərbaycan prezidenti İlham Əliyevin eyni mövzu ilə bağlı bəyanatları ilə üst-üstə düşür. Paşinyan mahiyyətcə Əliyevin dediklərini təkrarlayır”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Onun sözlərinə görə, Paşinyanın Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycanla problemləri müstəqil şəkildə həll etməli olduğu barədə bəyanatları, mahiyyətcə Əliyevin Qarabağ məsələsində Ermənistanla və heeç kimin dialoq aparmaq niyyətində olmadığı bəyanatına oxşayır: “Laçın dəhlizində və bölgədəki blokadada mövcud vəziyyət tamamilə Ermənistan hakimiyyətinin hərəkətlərinin nəticəsidir”.

Keçmiş baş nazirin fikrincə, Üçtərəfli Bəyanata görə Paşinyan “Zəngəzur vasitəsilə yeni tranzit yolu, habelə FSB-nin nəzarəti altında malların maneəsiz daşınmasını təmin etməyi öhdəsinə götürüb. Əslində, bu, sərhəddə heç bir keçid məntəqəsinin, eləcə də yüklərin yoxlanılmasının olmaması deməkdir. Üstəlik, yol müəyyən rejim əldə edir, ondan Ermənistan vətəndaşlarının keçməsi üçün artıq xüsusi icazə lazımdır. Laçın dəhlizi kimi. Azərbaycan tərəfi ona görə Laçın yolunu bloklayıb ki, Paşinyan bu məqamdan “yayınmağa” çalışır, bu yolla Ermənistanın Zəngəzuru itirəcəyini, özünün isə gücünü itirəcəyini anlayır. Sadəcə olaraq, Paşinyan hakimiyyəti saxlamaq üçün 120 min (guya Qarabağdakı ermənilərin sayı) insanın həyatını qurban verməyə hazırdır. Lakin sonradan o, Zəngəzuru da qurban verəcək”. Ermənistanın hazırkı baş naziri nəhayət ki, indiki 20 min kvadratmetrdə hakimiyyəti saxlamaq üçün Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa hazırdır. Bu gün Ermənistanın gələcəyi sual altındadır. Ermənistanın mövcudluğu faktı hakimiyyətin hərəkətləri nəticəsində təhlükə altındadır”.

Paylaşın:

Digər yazılar