Aİ 8 milyon avro ayıracaq-Ermənistandakı yeni missiyaya
Avropa İttifaqı Şurasının çərşənbə axşamı dərc olunmuş qərarına əsasən, Aİ-nin Ermənistandakı yeni mülki missiyasının ilk dörd ayı 8,1 milyon avroya başa gələcək.
YeniZamantv.az-ın verdiyi xəbərə görə, Aİ xarici işlər nazirləri Ermənistanda mandatı iki il müəyyən edilmiş yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
“Növbəti dövr üçün maliyyələşmənin həcmi Aİ Şurası tərəfindən müəyyən ediləcək”, – sənəddə deyilir.