23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qrant Baqratyan: Cermux və Qafanda hər yerdə ev satılır, 4 ay əvvəl isə belə deyildi

 Qrant Baqratyan: Cermux və Qafanda hər yerdə ev satılır, 4 ay əvvəl isə belə deyildi

“Azərbaycan gec-tez Qarabağ ermənilərinə Laçın dəhlizini açacaq, amma vaxtaşırı bu dəhlizi açıb bağlayacaq ki, ermənilərin əhəmiyyətli hissəsi, Naxçıvana dəhliz alana qədər hamısı yox, əhəmiyyətli hissəsi çıxıb getsin”.
YeniZamantv.az Turkustan.az-a istinadən
 xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli mediaya müsahibəsində deyib.
“Praqada Ermənistanın “artsax xalqının” öz müqəddəratını təyinetmə hüququnu qeyd etmədən, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı elan edildikdən sonra Azərbaycan “artsaxı” özününkü hesab edərək təxribat etmək qərarına gəldi. Sülhməramlılar 9 noyabr bəyanatına istinad edərək, Artsaxın nizamlanmamış statusuna işarə edərək, bu hüququn genişləndirilməsi təklifi ilə Laçın dəhlizinə nəzarət etmələrindən narazı qaldılar. 4 ildən sonra biz ermənilərsiz “artsaxı”, Zəngəzurdan keçən dəhlizi görəcəyik. Zəngəzurdan dəhliz alan kimi Bakı bütün dünyanın gözü qarşısında “artsaxı” dağıdacaq, heç kim bir söz deməyəcək. Zəngəzuru saxlamaq istəyiriksə, “artsaxı” da saxlamalıyıq”, – Baqratyan bildirib.
O bildirib ki, Cermux və Qafanda hər yerdə ev satılır, “4 ay əvvəl isə belə deyildi, yəni ermənilərin Zəngəzurdan qovulması problemi var”. Keçmiş baş nazir xatırladıb ki, “Qərb Zəngəzurdan keçən dəhlizə qarşı çıxmadı. Ruslar isə bildirdilər ki, yolun Ermənistanın suverenliyini pozmayan statusu olmalıdır. İrəvandakı hakimiyyət bu arqumentdən istifadə etmək əvəzinə, günahı ruslarda, Gümrüdəki bazada axtarmağa başladı. Nə qədər ki, Rusiya faktoru var, Paşinyan üçün Zəngəzur problemi var. Nikolanın xəyanətinə işarə edəcək bir şahid var. Ona görə də Paşinyan bundan qurtulub, xalqın köçəri olması bahasına hakimiyyətini əbədiləşdirəcək”, – Baqratyan vurğulayıb.

Mübariz/Turkustan.az

Paylaşın:

Digər yazılar