Tehran terroru illərdir İranın Azərbaycana qarşı apardığı məqsədyönlü hərəkətlərin nəticəsidir-BƏYANAT
Tehran terroru illərdir İranın Azərbaycana qarşı apardığı məqsədyönlü hərəkətlərin nəticəsidir, bu fikirlər “Qadın və Cəmiyyər” Vətəndaş Maarifçiliyi və Əsgər Ailələrinə Dəstək ictimai birliklərinin birgə yaydıqları BƏYANAT-da yer alıb.
Bəyanatı təqdim edirik:
Ötən əsrin sonlarından ermənilərin Azərbaycan torpaqlarına təcavüzü başlayanda, yurdlarımız işğal olanda İranın üzünə gün doğdu. İşğalın 30 ili ərzində məhz İran dövlətinin himayədarlığı ilə ermənilərə dəstəyin nəticəsində Ermənistana , Qarabağdakı terror yuvalarına silah, ərzaq verildi. İşğal olunan ərazilərdə daş-daş üstündə qalmadı. İran tırları evləri sökür, tikinti materiallarını daşıyır, meşələri məhv edərək mebel istehsalı üçün ağacları kəsib daşıyır, narkotik plantasiyaları yaradıldı. Bir sözlə, işğalda olan əraziləri ermənilərlə birgə xarabaya çevirdilər.
2020-ci lin 44 günlük Vətən Müharibəsi zamanında da məhz İrandan Ermənistana böyük dəstəklər görüldü. Həmin tarixdən artıq İran özünün mənfur üzünü açıq şəkildə göstərməyə başladı. Azərbaycanın hər addımına, haqlı davasına burnunu soxmaqla özünün “ qırmızı xətti”ni göstərməkdən utanmır. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri başlayanda da, xarici siyasətində uğurlar qazananda da sanki İran yasa batır. Son aylar isə İran tərəfdən dövlətimizə qarşı hədə və bəhanələr daha da intensivləşib.
Məhz Ermənistanın baş nazirinin zövcəsinin İrana səfərindən sonara 27 yanvar 2023-cü ildə səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi həlak olub, iki nəfər isə yaralanıb.
Hücumun qarşısının alınmasında göstərdiyi şücaətə görə şəhidimiz Orxan Əsgərova rəhmət, yaxınlarına və xalqımıza baş sağlığı diləyirik.
“Qadın və Cəmiyyər” Vətəndaş Maarifçiliyi və Əsgər Ailələrinə Dəstək ictimai birlikləri bəyan edir ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın terror hadisəsidir. Məhz İran ali rəhbəriliyinin xeyir-duası, SEPAH-ın üzvü olan terrorçunun əli ilə həyata keçirilib.Belə olmasa terrorçu əlini-qolunu sallayaraq , hadisədən sonar mətbuata açıqlama verməzdi. Bu günə qədər hələ heç bir beynəlxalq təcrübədə belə həyasızlıq görülməyib. Azərbaycan səfirliyinin hədəf seçilməsinə görə bütün məsuliyyəti İran siyasi rəhbərliyi daşıyır.Azərbaycan dövlətindən xahiş edirik ki, terror dövləti, Ermənistanın himayədarı olan İrandan bütün siyasi və diplomatic əlaqələri kəssin.
Bəyanatı imzaladılar ,
Şəbnəm Rəfaelqızı “Qadın və Cəmiyyər” Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri
Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri