20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədri: Bu hücum bütövlükdə Azərbaycana qarşı hücumdur

 QHT sədri: Bu hücum bütövlükdə Azərbaycana qarşı hücumdur

Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Adekvat olaraq, İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi. Lakin, İran tərəfi bu məsuliyyətini yerinə yetirməyib, polis isə hadisənin qarşısının alınması üçün heç bir cəhd göstərməyib.

YeniZamantv.az xəbər verir ki, Bu fikiləri QHT.az-a açıqlamasında “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könul Quliyeva bildirib.

“Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyaya əsasən, hər bir dövlətin üzərinə ərazisində olan səfirlik və konsulluq binalarına edilə biləcək hücumlardan qorumaq, bu qurumları sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür.

Son vaxtlar Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı bu cür xain hücumlar davam edir. Bu hücum təkcə səfirliyə deyil, bütövlükdə Azərbaycana qarşı hücumdur. Səfirliyin hücuma məruz qalması dövləti və vətəndaş cəmiyyətini bəzi mövzularda daha məsul olmağa səsləyir. Hadisələrin təkrarlanmaması üçün qətiyyətli mövqe nümayiş etdirməliyik. Hadisə ilə bağlı təhqiqat aparılmalı, cinayətkarlar qanun çərçivəsində cəzalanmalıdır.”

Paylaşın:

Digər yazılar