28.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Hücum İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, məqsəd isə…”

 “Hücum İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, məqsəd isə…”

“Azərbaycanın Tehrandakı səfirliyinə hücum terror aktıdır. Bu olayı hansı istiqamətə dəyişməyə çalışsalar da, məsələ dəyişməyəcək, bu, terror hücumudur. Məlum olub ki, terror aktını həyata keçirən şəxs əslində İran tərəfindən himayə olunan terror təşkilatlarından biridir”.

YeniZamantv.az xəbər verir ki, bunu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

O əlavə edib ki, hadisədən sonra təhlükəsizlik kameralarının görüntüləri sübur edir ki, bu prosesdə İranın hakim dairələrinin ən azı bir hissəsi iştirak edib:

“Bəli, mən deməzdim ki, İran hakimiyyətində hamı bu ssenaridən məlumatlı olub, amma böyük bir hissəsinin burada hansısa formada iştirak edib. Hücum aktı öncədən İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və sonra da həyata keçirilib. Bunu yalnız kamera görüntüləri ortaya qoyur. Həmin şəxs səfirlikdən çıxarıldıqdan sonra da əlinə avtomat alaraq diplomatik korpusun qapısına güllə atır. Bunlar təsadüfi ola bilməz. Həm də nəzərə almalıyıq ki, səfirliyin təhlükəsizliyinə cavabdeh olan polis əməkdaşı ümumiyyətlə terrorçuya müqavimət göstərməyib, onun önünü kəsməyib”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, həmin terrorçu ələ keçirildikdən sonra həbsxanaya aparılmalı olduğu təqdirdə İran televiziyalarının efirinə çıxarılıb:

“Qısacası, bu, İran hakim dairələrinin müəyyən hissəsi tərəfindən hazırlanıb, məqsəd Azərbaycanı qorxutmaq olub. Çünki Azərbaycanın 44 günlük müharibə zamanı qazandığı qələbə ermənilərdən daha çox İrana təsir edib. Bu səbəbdən də İran ortaya düşür, açıqlamalar verir, qırmzı xəttindən bəhs edir və s. Amma aydındır ki, belə hərəkətlərlə Azərbaycanı qorxutmaq və tutduğu yoldan geri qaytarmaq mümkün deyil”.   /Teleqraf.com/

Paylaşın:

Digər yazılar