Kəfənin qiymətində artım yoxdur? – Aparıcıdan qiymət artımına etiraz
Jurnalist Jalə Həsənli öz feysbuk hesabında qiymət artımlarını şərh edib.
YeniZamantv.az jurnalistin şərhini təqdim edir:
Metro və sərnişindaşıma xidməti göstərən avtobuslarda gediş haqqı artırıldı!
Metroda qiymət 1 gediş üçün 40 qəpik, şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobuslarda məsafədən asılı olaraq 40 qəpik və ya 1 manat təsdiq edildi.
Qərar 3 fevral 2023-cü ildən qüvvəyə minir!
Nə deyirsiniz, bundan sonra piyada gəzməyə alışdıraq özümüzü? Çox gəzmək də olmur, hava soyuq, virus da çox. Sonra xəstələnsək dərman da ala bilməyəcəyik. Çünki onların da qiyməti qalxdı. 31 dərman vasitəsi bahalaşdı. Heç nə, nənəm demiş, yıxıl, öl!