QHT sədri Prezident Mükafatına layiq görüldü – SƏRƏNCAM
Prezident İlham Əliyev 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
YeniZamantv.az-ın xəbərinə görə, sərəncamla elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları veriləcək.
Təltif olunan gənclər sırasında NAYORA-nın Sədr müavini, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova da var.
Ülviyyə Axundova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamına əsasən 2023-cü il Gənclər üçün Prezident Mükafatına layiq görülüb.
Ülviyyə Axundovanı və mükafata layiq görülən bütün gəncləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!