22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

… Ən böyük görüləcək iş  isə cəhalətlə, cahillərlə mübarizədi-Mətanət Ağamirli

 … Ən böyük görüləcək iş  isə cəhalətlə, cahillərlə mübarizədi-Mətanət Ağamirli

“13 yaşlı qıza təmtəraqlı nişan məclisinin təşkil edilməsi ilə bağlı xəbər ikrah hissi oyadır. Nişandan sonra polisin işə qarışması təqdirəlayiqdir. Amma nişandan öncə xəbər tutulsaydı və ya elə nişan mərasimində qapını polis döysəydi, digərləri üçün də yaxşı dərs olardı”.

YeniZamantv.az xəbər verir ki, bunu əməkdar jurnalist Mətanət Ağamirli deyib.

“Bir ata, bir ana 13 yaşlı körpə, həddi-buluğa çatmamış qızını yad kişiyə necə qıya bilər, yad kişi ilə necə təsəvvür edə bilər? İnsan savadsız ola bilər, amma şərəf-qeyrət hissi insanın içində olur.  Görəsən 18 yaş həddindən xəbərsiz valideynlər hansı əsrdə, hansı şəraitdə yaşayırlar?  Yaxşı, tutaq ki, valideynlər qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsinin cinayət məsuliyyəti daşıdığını bilmirlər. Çünki cahildirlər. Bəs kənd əhli? Bütün kənd camaatı cahildirmi? Bir aulda, bir kənddə  bələdiyyə, icra nümayəndəsi, polis nəzarəti, məktəb direktoru, məktəb kollektivi deyilən icmalar  var axı. Onların hamısı qanundan xəbərsizdirlərmi, yoxsa laqeydlik burulğanındadırlar?  Özünü təhsilli, ziyalı sayıb kənd əhli arasında fərqlənənlər hara baxır? Ağsaqqallar? Ağsaqqallar da 13 yaşda qız uşaqlarının ərə getməsini məqbul sayıb göz yumurlarsa, vay o kəndin halına! Əgər belədirsə, o zaman biz  beyinsiz kütlədən nə gözləyirik? Maarifləndirmə proqramlarının aparıldığı, erkən nigahlara yox deyildiyi, bütün güc- qüvvə ilə qadın inkişafının dəstəkləndiyi, dövlət və qeyri-dövlət təşkilatlarının həyata keçirdiyi layihələrin bərabərində eyni problemlərin şahidiyiksə, demək ki, görülən işlər yetərli deyil. Ən böyük görüləcək iş  isə cəhalətlə, cahillərlə mübarizədir”.

Paylaşın:

Digər yazılar