23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

ŞOK! Arutyunyan Rusiyada yoxa çıxdı: Moskva onun Xankəndinə dönüşünə izn vermir

 ŞOK! Arutyunyan Rusiyada yoxa çıxdı: Moskva onun Xankəndinə dönüşünə izn vermir

Qondarma Qarabağ rejiminin “lideri” Araik Arutyunyan müəmmalı şəkildə yoxa çıxıb.

YeniZamantv.az xəbər verir ki, tez-tez ictimaiyyət qarşısına çıxmağı sevən separatçıbaşı artıq uzun müddətdir Xankəndi və digər ərazilərdə görünmür. Üstəlik, Lavrovun Qarabağla bağlı bəyanatına Arutyunyanın səssizlik nümayiş etdirməsi onunla bağlı şübhələri bir qədər də artırıb.

Keçən ayın əvvəlindən etibarən Ruben Vardanyanla açıq rəqabətə girən Arutyunyanın yoxa çıxması isə erməni milyarderin aktivliyini artırıb. Arutyunyanın yoxluğunda Vardanyan aktiv şəkildə görüşlər keçirərək, Azərbaycana qarşı ermənilər arasında təxribatçı fikirlərin təbliğatını gücləndirib.

Maraqlı məqam isə Vardanyanın bu təbliğatının həm də Rusiyanın son zamanlar aktivləşən fəallığı ilə paralel aparılmasıdır. Əvvəlcə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı dolayısı da olsa işğalçı adlandırması, daha sonra isə baş nazir Nikol Paşinyanın ard-arda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı və baş nazir Mixail Mişustinlə Astanada görüşü Moskvanın artıq Ermənistanda qəti addımlara getməyə çalışdığının göstəricisi sayıla bilər. Digər tərəfdən isə bu aktivlik həm də Avropa Birliyinin Mülki Missiyasının Ermənistana gəlişi ərəfəsində həyata keçirilir. Yuxarıda qeyd edilən məqamları son üç gün Rusiyanın Ermənistandakı Sergey Kopırkinin həm xarici işlər naziri Ararat Mirzoyanla görüşməsi, həm də bu görüşdən sonra Dərələyəz mahalına gedərək, buradakı erməni hərbçilərlə görüş keçirməsi də gücləndirir.

Bununla belə diqqət çəkən məqam Rusiyanın Vardanyanın təbliğatı ilə bağlı addımlarını artırmasıdır. Keçən həftə ərzində eks-prezident Rober Köçəryana yaxınlığı ilə seçilən Aram Navasardyanın nəzarətində “Gallup İnternational” təşkilatının açıqladığı son rəy sorğuları da buna sübut sayıla bilər. Şübhələri artıran məsələ isə Navasardyanın nəzarətindəki təşkilatın əhaliyə məhz Laçın yolundakı vəziyyət dönəmində liderlərin fəaliyyətini dəyərləndirməsi sualı ilə müraciət etməsi olub. Sorğunun nəticələrinə əsasən, siyahıda ilk yeri Ruben Vardanyan, ondan sonrakı yerləri ilə böyük geriləmə ilə Nikol Paşinyan və komandası tutub. Bu da Moskvanın Vardanyanın Ermənistana tranformasiyasına hazırlıq üçün leqal əsaslar yaratmasıyla bağlı uzun müddətdir səsləndirilən iddiaları yenidən gündəmə gətirib. Bütün bu prosesi isə Köçəryanın liderliyindəki Ermənistan Blokunun dünən parlamentdə təşkil etdiyi qalmaqallı dinləmələrin müşayiət etməsi az öncə qeyd edilən ehtimalın reallıq ehtimalını bir qədər də gücləndirib.

Ən maraqlı məsələ isə Moskvanın Vardanyanla bağlı planını Arutyunyanın yoxluğu fonunda gücləndirməsidir. Belə ki, Globalinfo.az-ın da xəbər verdiyi kimi sonuncu dəfə Arutyunyan Qarabağda bazar günü ictimaiyyət qarşısına çıxıb. Ermənistan mətbuatının iddiasına görə, məhz bundan sonra o, Vardanyanla aralarında olan problemi həll etmək, eləcə Moskvanın yekun seçim etməyə vadar etmək üçün Rusiya sülhməramlılarının köməyi ilə Xankəndidən çıxarılaraq, Ermənistana aparılıb. Buradan isə Arutyunyan Moskvaya yollanıb. Arutyunyanın bundan öncəki səfərlərinə diqqət yetirsək, onun maksimum 5 gün davam etdiyini və onun ən azından bir neçə dəfə mediada görünməyə çalışdığını görə bilərik. Bu dəfə isə bir həftəyə yaxın vaxtın keçməsinə baxmayaraq, separatçı liderdən hələ də heç bir məlumat yoxdur.

Baş verənlər fonunda rusiyayönlü “Qraparak” qəzetinin dünənki sayındakı məqalə isə şübhələri bir qədər də artırıb. Qəzet Arutyunyanın artıq Xankəndidə ona qarşı aparılan kampaniyadan narahat olduğunu buna görə də əks-hücuma keçməyə hazırlaşdığını bildirib. Müəllif Arutyunyanın Xankəndidə olub-olmadığını açıqlamadan guya Arutyunyanın rəqibləri barədə müxtəlif məlumatı ictimaiyyətə sızdırmağa hazırlaşdığını yazıb. Bu da öz növbəsində yeni şübhələrə şərait yaradıb. Belə ki, Xankəndidə Rusiya nəzarətinin böyük olması nəzərə alınarsa, Arutyunyanın belə addım atması, faktiki intihar mənasına gələr. Yəni belə addım dolayısı yolla Moksvanın Vardanyan planına təhdid deməkdir ki, Rusiyada da bu halda Arutyunyanı birbaşa ortadan qaldırmağa çalışa bilər. Görünür, “Qraparak” vasitəsilə informasiyanın yayılması, Rusiyanın həm də Arutyunyana qarşı oxşar prosesi aparması zəmin formalaşdırmağa çalışmasıdır.

Bununla yanaşı Arutyunyan heç də axmaq sima deyil. Qəribə məqam onun məhz indi Xankəndidən çıxmağa razılaşmasıdır. Belə ki, Arutyunyan da yaxşı başa düşür ki, onunla bağlı Bakıda cinayət işi var və separatçı liderin sonradan Qarabağa dönüşü mütləq Rusiya ilə Azərbaycan arasında fikir ayrılığına yol açacaq. İndiki dövrdə isə Bakını narazı salmamaq üçün Moskva onun Xankəndinə qayıtmasına müxtəlif bəhanələrlə izn verməyə bilər. Əgər bu təxminlər doğrudursa, o zaman Moskvanın bilərəkdən Arutyunyanı tələyə salaraq, Xankəndini tərk etməsinə şərait yaratması ehtimalları artır.

Bununla yanaşı Rusiyadan rəsmi səviyyədə verilən son bəyanat, eləcə də Ermənistan rəhbərliyi ilə təmasları da onun niyə itməsi sualını müəyyən qədər aydınlaşdırmağa kömək edir. Bu isə Moskvada görüşlər keçirən Arutyunyana artıq onun “kitabının bağlanması” mesajının çatdırıldığını deməyə əsas yaradır. Yəni Moskva artıq onun Qarabağa dönməsini istəmədiyini Arutyunyana nümayiş etdirir. Bu isə Arutyunyanın ya səssiz qalacağı, ya Ermənistan və ya Rusiyada qalaraq Azərbaycana qarşı istifadə ediləcəyi, ya da sadəcə olaraq qəfil ortadan qaldırılacağı versiyalarının ortaya çıxmasına şərait yaradır. Arutyunyanın uzun sürən səssizliyi isə bu ehtimalları hər keçən gün bir qədər də gücləndirir. Bu da Xankəndi ətrafındakı proseslərin artıq pik mərhələyə çatdığını göstərir. \globalinfo.az

Paylaşın:

Digər yazılar