20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

…adı çəkilən adamların verilişlərinə baxanlar da eyni dərəcədə faciə qəhrəmanlarıdı-Cavid Ismayil

 …adı çəkilən adamların verilişlərinə baxanlar da eyni dərəcədə faciə qəhrəmanlarıdı-Cavid Ismayil
İctimai rəy çox amansızdır. Xüsusilə müstəqillik illərində mövsümi qəzəb ünvanlarından biri mütləq meyxanaçı olmalıdır. Bu dəfə hədəfə Balaəli gəlib.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri öz feysbuk səhifəsində jurnalist Cavid İsmayıl qeyd edib.
Mən bu fotonu alqışlamıram, amma faciə də saymıram. Balaəli mənim nəzərimdə Rəşad Dağlı, Pərviz Bülbülə, Aydın Xırdalanlı, Vüqar Biləcəri qədər istedad sahibi deyil. İndi bu qədər publikası varsa, demək ki, hər şeydə olduğu kimi, meyxanada da zövqlər cırlaşır.
Amma əmin olun ki, Zaurlara, Elgizə, Xoşqədəm xanıma baxanlar sıravi tamaşaçılardan, o verilişlərə milyonlar xərcləyib özünü reklam edən həkimlərdən nə geri qalırlar, nə də qabağa gediblər. Yəni bu foto faciədirsə, adı çəkilən adamların verilişlərinə baxanlar da eyni dərəcədə faciə qəhrəmanlarıdır. O personajlardan isə hər birimizin evində, tayfasında var. Çox da şey eləməyək…
Paylaşın:

Digər yazılar