Hərbyönümlü təşkilatlar Türkiyə səfirliyində oldular
Fevralın 8-də Türkiyədə baş vermiş zəlzələ ilə bağlı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin təşkilatçılığı ilə bir qrup hərbyönümlü təşkilatlar Türkiyə səfirliyinin qarşısına gəliblər.
Ehtiram əlaməti olaraq əklil və gül dəstələri qoyublar. Daha sonra ictimai birlik rəhbərləri Emin Həsənli, Mirhəsən Həsənov, Füzuli Rzaquliyev, Mətanət Əsgərqızı, Əkbər Qoşalı, Maral Qocaman, general Yaşar Aydəmirov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüblər. Görüşdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib.
Səfir hadisə baş verdiyi ilk andan Azərbaycanın böyük dəstəyinin şahidi olduqlarını bildirib. Minnətdarlıq hisslərini çatdırıb.
Çıxış edən Vətəndaş Cəmiyyəti nümayəndələri iki ölkə arasındakı dostluğun təməlinin keçmişə dayandığını xüsusi vurğulayaraq,bu faciəni birgə attadacağımızı qeyd ediblər. Azərbaycanın ürəyinin Türkiyə ilə vurduğunu, sona qədər dəstək işlərinin aparılacağını dilə gətiriblər.