Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz
Türkiyənin Bakıdakı səfirliyindən zəlzələ ilə bağlı yayılan məlumatla bağlı açıqlama verilib.
YeniZamantv.az xəbər verir ki, səfirlikdən verilən məlumatda, zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlıq verilməsi xəbərinin əsassız olduğu bildirilib.
“Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” xəbərləri dərc olunur.
Türkiyə Cümhuriyyəti Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür. Uşaqlarımızın ölkə xaricinə himayədar ailəyə verilməsindən və ya övladlığa götürülməsindən söhbət gedə bilməz“.