Türkiyədə zəlzələlərə görə vəziyyət son dərəcə çətindir-Mariya Zaharova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova Türkiyə administrasiyasının mərkəz Kahramanmaraş zəlzələlərinin dağıdıcı nəticələrini aradan qaldırmaq üçün tədbirlər gördüyünü bildirib.
YeniZamantv.az xəbər verir ki, Zaharova, paytaxt Moskvada təşkil etdiyi mətbuat konfransında episentri Kahramanmaraş olan zəlzələlərlə bağlı açıqlama verib.
Türkiyədə zəlzələlərə görə vəziyyətin son dərəcə çətin olduğunu bildirən Zaharova çoxlu sayda insanın həyatını itirdiyinə, çoxlu binanın ziyan gördüyünə diqqət çəkib.
Zəlzələlərin baş verdiyi ölkələrə başsağlığı verən Zaharova, “Türkiyə administrasiyası dağıdıcı nəticələrin aradan qaldırılması, zərərçəkənlərə yardımın göstərilməsi, müvəqqəti sığınacaqların təşkili və vətəndaşların ölkənin təhlükəsiz bölgələrinə təxliyyəsi üçün tədbirlər görür” dedi.