20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Mustafa Abbasbəyli Evita Simsone ilə əməkdaşlıq istiqamətlərinə dair Fəaliyyət Planı imzalayıb

 Mustafa Abbasbəyli Evita Simsone ilə əməkdaşlıq istiqamətlərinə dair Fəaliyyət Planı imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Latviya Respublikasının Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq istiqamətlərinə dair Fəaliyyət Planı imzalanıb.

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Latviyanın Rifah Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Evita Simsone imzalayıblar.

YeniZamantv.az xəbər verir ki, Görüşdə M.Abbasbəyli Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrdən bəhs edib, sosial sahədə əməkdaşlıq əlaqələrinin də ildən-ilə genişləndiyini vurğulayıb.

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, son illər məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluq xidmətlərinin qurulması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. “Əmək və Məşğulluq” altsisteminin “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə qalib elan edildiyi qeyd olunub.

E.Simsone rəhbərlik etdiyi qurumun 17 əsas missiya üzrə fəaliyyət göstərdiyini və Fəaliyyət Planı üzrə həyata keçiriləcək əməkdaşlığın qarşılıqlı faydalı olacağını bildirib.

Fəaliyyət Planına əsasən iki qurum arasında 2023-cü ildə sosial cəhətdən həssas qrupdan olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, gənclər arasında işsizliyin qarşısının alınması üzrə təcrübə mübadilələri həyata keçiriləcək.

Həmçinin gənclərin əmək bazarına inteqrasiyasına dəstək məqsədli birgə layihələr, təlimlər, seminarlar təşkil ediləcək, əmək bazarı proqnozlarının hazırlanması istiqamətində birgə iş aparılacaq, qarşılıqlı işgüzar səfərlər həyata keçiriləcək.

Paylaşın:

Digər yazılar