20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qarətçilərlə asayiş keşikçiləri arasında atışma olub, bir polis öldürülüb

 Qarətçilərlə asayiş keşikçiləri arasında atışma olub, bir polis öldürülüb
Güney Azərbaycanın Xoy şəhərində silahlı qarətçilərlə asayiş keşikçiləri arasında baş verən atışma nəticəsində polis əməkdaşı, çavuş Reza Hacı Hüseynlu öldürülüb.
YeniZamantv.az  “Fars”a istinadən xəbər verir ki, bu barədə İranın Qərbi Azərbaycan əyalətinin polis idarəsinin rəisi Rəhim Cahanbəxş bildirib.
Hadisə Xoy şəhərinin Zərabad rayonunda baş verib.
Qeyd edək ki, yanvarın 28-də Xoy şəhərində güclü zəlzələ olub. Təbii fəlakət nəticəsində ölənlər və yaralananlar var. Hakimiyyətin etinasız münasibəti nəticəsində yerli sakinlər soyuq hava şəraitində küçə və xiyabanda gecələyirlər. Etiraz aksiyalarından sonra dövlət rəsmiləri bölgəyə diqqət ayırmağa məcbur olublar. Güney Azərbaycanın bir çox şəhərindən və Xuzistandan ərəblər Xoy sakinlərinə yardım çatdırıb. Tehran rejiminin nümayəndələri könüllülərin etdikləri humanitar yardımın da çatıdırlmasına mane olublar.
Xatırladaq ki, İran rejimi Azərbaycan və Türkiyənin bölgəyə humanitar yardım göndərmək təklifindən imtina edib. Ancaq zəlzələdən 7 gün sonra Rusiya və Ermənistanın göndərdiyi yardımları qəbul edib.
Paylaşın:

Digər yazılar