20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Türkiyədə zəlzələ olacağını üç gün əvvəldən demişdi – Öz sirrini açdı

 Türkiyədə zəlzələ olacağını üç gün əvvəldən demişdi – Öz sirrini açdı

Episentri Türkiyənin Kahramanmaraş şəhəri olan və böyük dağıntılara gətirən zəlzələdən üç gün əvvəl bu təbii fəlakətlə bağlı sosial şəbəkə hesabında öz proqnozunu yazan məşhur holland seysmoloq Frank Huqerbits susqunluğunu pozub.

YeniZamantv.az xəbər verir ki, seysmoloq məlum paylaşımında Türkiyə, İordaniya, Suriya və Livanda 7.5 bal gücündə zəlzələ olacağını yazmışdı.

Kahramanmaraş zəlzələsini əvvəlcədən bilən Huqerbits 7.7 bal gücündə zəlzələdən əvvəl “Güclü təkanların davam edəcəyi” xəbərdarlığını da etmişdi.

Bu xəbərdarlıqdan dərhal sonra Kahramanmaraşda daha 7.6 bal gücündə zəlzələ baş vermişdi. Bundan sonra bütün dünyanın diqqəti bir anda seysmoloqa çevrilmişdi.

Bir çox insanın onun bu öncəgörücülüyünü müzakirə etdiyi vaxtda Huqerbitsdən yeni açıqlama gəlib.

“Kahin və ya peyğəmbər deyiləm. Heç vaxt böyük zəlzələlər üçün dəqiq tarix verməmişəm. Mən Yer və planetlər arasındakı əlaqələr üzərində işləyən tədqiqatçıyam, bu məqsədlə xüsusi proqram hazırlamışam”, – Huqerbits deyib.   /teleqraf.com/

Paylaşın:

Digər yazılar