22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib

 Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib

“Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası” təsdiqlənib.

YeniZamantv.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Yaxılabilən yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 – 90 % arasında olan yağlar (marqarin və spred), qatı yağlar qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91 – 99 % arasında olan yağlardır. Trans yağ turşuları isə ən azı bir ədəd trans konfiqurasiyada “karbon-karbon” ikiqat əlaqəyə malik yağ turşularıdır.

Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2 %-dən çox olmamalıdır.

Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.

Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.

Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.  /yenisabah.az/

Paylaşın:

Digər yazılar