20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Faziı Mustafa : QHT-lərin fəaliyyətinin genişlənməsinə imkan yaratmaq lazımdır

 Faziı Mustafa : QHT-lərin fəaliyyətinin genişlənməsinə imkan yaratmaq lazımdır

“Ümumiyyətlə, bu xarici əlaqələr və vasitələrinə bir az fərqli kontekstdə yanaşmalıyıq.

YeniZamantv.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa “Turan”a bildirib ki, QHT-lərlə bağlı vəziyyət yumşaldılmalıdır:

“Ümumiyyətlə, bu xarici əlaqələr və vasitələrinə bir az fərqli kontekstdə yanaşmalıyıq. Hələ ki, Qarabağ, işğal məsələsi var idi və müəyyən çətinliklərimiz ortada idi. Amma indi Azərbaycan QHT-lərin əslində bu istiqamətdə də beynəlxalq səviyyədə Azərbaycana dəstək verməsi mümkündür. Onların bu fəaliyyətinin genişlənməsinə imkan yaratmaq lazımdır”.

Deputatın sözlərinə görə, praktika göstərir ki, adamlar nə qədər xarici fondlardan asılı olsalar da, kritik məqamlarda Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində müəyyən addımlar atıblar. Onun fikrincə, özünü tamamilə xarici xüsusi xidmət orqanlarına bağlayan şəxslər ayrı, onlar həmişə olacaq: “Amma normal fəaliyyət göstərmək, həm də müəyyən vəsait əldə edib iş görmək istəyən xeyli insanlar var. Onların Avropa institutları ilə də əlaqələri var”.

Paylaşın:

Digər yazılar