20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ramzan Kadırov: “Vaqner” hərbi baxımdan öz effektivliyini sübut edib

 Ramzan Kadırov: “Vaqner” hərbi baxımdan öz effektivliyini sübut edib

“Mən xüsusi əməliyyat zonasında “Vaqner” hərbi qurumunun  uğurlarına sevinirəm. Özəl olmağına baxmayaraq çox təsiredici nəticələr əldə edə bilib və həmişə işin son dərəcə çətin hissəsini öz üzərinə götürüb. Bütün çətinliklərə baxmayaraq, “Vaqner” istənilən vəziyyətdə məqsədinə çatır”.

YeniZamantv.az xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında Çeçenistan lideri Ramzan Kadırov yazıb.

“Çeçenlərdən ibarət olan xüsusi təyinatlı “Axmat” döyüşçüləri “Vagner”dəki həmkarlarının müsbət keyfiyyətlərini xüsusi qeyd edirlər.

Birlikdə, yan-yana, sıx əməkdaşlıq edərək, yer üzünü faşist şər ruhlarından azad edirlər və bunu əməliyyatın başlanğıcının ilk günlərindən həyata keçirirlər. Beləliklə, onlar vəzifə və hərbi şərəfə sadiq qalaraq sistemli şəkildə irəliləyirlər.

Artıq əminliklə deyə bilərik ki, “Vaqner” hərbi baxımdan öz effektivliyini sübut edib. Şübhəsiz, ölkəmizə belə peşəkar qurumlar lazımdır. Ona görə də dövlət qulluğunda işimi başa vurduqdan sonra əziz qardaşım Yevgeni Priqojinlə rəqabət aparmağı və özəl hərbi şirkət yaratmağı ciddi şəkildə planlaşdırıram. Məncə hər şey yaxşı olacaq”, deyə o vurğulayıb.   /bizim.media/az/

Paylaşın:

Digər yazılar