QHT-lərin siyahıları məhkəməyə təqdim edilib – VİDEO
Azərbaycan tərəfi yanvarın 30-da dinləmələr zamanı həmin etiraz aksiyalarının həqiqətən də ekofəallar tərəfindən təşkil olunduğunu, həmin etirazlarda iştirak edən QHT-lərin siyahılarını, müvafiq ekofəalların adlarını, ümumilikdə etiraz aksiyalarının nə ilə bağlı həyata keçirildiyini, bununla əlaqədar təfsilatlı məlumatı məhkəməyə təqdim etmişdik.
YeniZamantv.az AZƏRTAC-a iastinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair keçirdiyi brifinqdə məlumat verib.
Bununla bağlı bütün foto və videosübutların Azərbaycan tərəfindən məhkəməyə təqdim edildiyini diqqətə çatdıran nazir müavini əlavə edib ki, həmin dinləmələr də açıq şəraitdə keçirilib, canlı yayımda göstərilib. Yanvarın 30-da Azərbaycan tərəfi məsələ ilə bağlı Ermənistanın mövqeyini təkzib edən sübutları ortaya qoyaraq məhkəməyə təqdim edib.