Uşaq ayaqqabısı alarkən diqqətli olun
Uşaq ayaqqabısı seçilərkən diqqət edilməli məqamlar
Uşaq ayaqqabısı seçərkən nələrə diqqət edilməlidir? YeniZamantv.az xəbər verir ki, SİA bununla bağlı türkiyəli doktor Mehmet Uçarın faydalı məsləhətlərini təqdim edirik.
Ayaqqabı körpənin ortopedik inkişafını dəstəkləyən geyim məhsuludur və düzgün seçilməlidir.
Bədəni sürətlə dəyişən və inkişaf edən körpənin yeriməyə başlayarkən addımlarının yerdə möhkəm durmasını təmin edəcək bir ayaqqabıya ehtiyacı var.
Ayaqqabı məsələsində tələsib-tələsməmək qərarı mövsüm və xarici amillərə görə dəyişir. Uşağın ilk addımları yay dövrünə təsadüf edərsə, bir müddət yalın ayaq və corabla gəzməsi sağlıqlıdır, qışda isə ayağı ilk olaraq soyuqdan, yağışdan qorumaq lazımdır.
Uşaq ayaqqabıları necə olmalıdır?
Birincisi, düzgün ölçüdə olmalıdır. Doğru ölçünü seçə bilmək üçün ayaqqabıları böyüklərdə olduğu kimi, səhər deyil, günortadan sonra, ayaqların şişdiyi vaxt almaq lazımdır. Bunu da unutmayın ki, uşaqlarda ayaqlar hər il iki ölçüyə qədər böyüyür. Ona görə də 3 aydan bir uşağa aldığınız ayaqqabının kiçik olmadığını və ayağın inkişafı üçün kifayət qədər yer təmin etdiyini yoxlamaq çox vacibdir.
Uzunluq testi. Körpənin baş barmağı ilə ayaqqabının ucu arasındakı məsafəni yoxlamaq üçün ayaqqabının ön tərəfinə basın. Körpənin ayaq barmağı nə sıfırlanmalı, nə də ayaqqabının ucundan çox uzaqda olmalıdır. Yarım santimetrlik boşluq əladır. Uşağın ayağından ən azı yarım ölçü böyük olan ayaqqabı seçin ki, böyüyən ayağı yerləşdirməyə imkan olsun. Bu məsafə barmaqların inkişafı və hərəkəti üçün lazımdır.
Enlik testi. Əlinizlə ayaqqabıların yanlarına basaraq ayaq barmaqlarının vəziyyətini təyin edin. Uzunluq testində olduğu kimi, enindən də ayaqqabı ayağa yapışmamalıdır.
Daban testi. Uşağın topuğundan tutun və ayağını ayaqqabıda yuxarı-aşağı hərəkət etdirin. Onun ayağı bayıra çıxmadan ayaqqabı içində sərbəst hərəkət edirsə, ideal ölçüdə ayaqqabı seçmisiniz. Amma ayaq ayaqqabıda ümumiyyətlə, oynamırsa və ya oynayarkən ayaqqabıdan çıxırsa, bu ayaqqabının ölçüsü uşaq üçün düzgün seçim deyil.
Uşaq üçün ayaqqabı alarkən rəng, model və ya markaya fikir verməzdən əvvəl əsas məsələlərə diqqət yetirmək düzgün olardı. Məqsəd övladınızın ayaq inkişafına mənfi təsir etməyəcək və rahatlıqla istifadə edə biləcəyi bir ayaqqabı tapmaqdır.
Ayağın altının sürüşməməsi üçün düz və sürüşməyən olduğundan əmin olun. Dabanı çox sərt, ayaq şəklinə görə əyilməyən, forma almayan, uşağın hərəkətini məhdudlaşdıran ayaqqabı skelet və əzələ sisteminə də zərərlidir. İlk addım ayaqqabısının barmağı ən azı 40 dərəcə əyilə bilməlidir. Bu səbəbdən ayaqqabı alarkən elastikliyinə fikir verilməlidir.
Ayaqqabıların hazırlandığı material mühümdür. Yumşaq üst hissəsi dəridən olan rahat modelləri seçə bilərsiniz. Yayda pambıq və ya kətan modellərinə üstünlük verilsə, yaxşıdır. Sərt dəri və sintetik materiallardan uzaq olmaq lazımdır. Uşağınızın ayaqlarının nəfəs almamasına, tərləməsinə və ya zədələnməsinə səbəb olan rezin və plastik kimi materiallardan qaçın. Hava dövranını təmin edə bilən ayaqqabı seçmək faydalıdır. Hava keçirməyən ayaqlarda göbələk və qoxu kimi ciddi problemlər yaranır.
Dabanın hərəkətini ağırlaşdırmamaq, normal yeriməyə mane olmamaq üçün elastik və yüngül modellər daha yaxşıdır. Körpə uşaqlar gəzərkən yırğalanır və kiçik bir hərəkət çaşqınlığında yıxılır. Ağır ayaqqabı ilə bu çətin iş onlar üçün daha da çətinləşir. Odur ki, işinizi asanlaşdırmaq və lazımsız səylərin qarşısını almaq üçün yüngül ayaqqabı seçin.
Bağlarla olan ayaqqabılarda tənzimlənən bağlayıcı xüsusiyyətləri olan modellər seçilməlidir.
Sərt olmayan, lakin qoruma və dəstək təmin edən ayaqqabılar da yaxşıdır.
Uşaq indiki ayaqqabısından narazı və narahatdırsa, başqa modelə keçmək lazımdır.
Bütün bu xüsusiyyətlərə əlavə olaraq, alınacaq ayaqqabı modelində uşağın udma təhlükəsi səbəbiylə asanlıqla qoparacağı muncuq və ya fərqli estetik elementlərin olmaması vacibdir.