23 gündən sonra dağıntılar altından sağ çıxarılan Aleks adlı it
Dünya demək olar ki, Türkiyə üçün səfərbər olub. Bir çox qəzet və televiziya zəlzələdən zərər çəkmiş şəhərlərin son vəziyyətini oxucuları və tamaşaçıları ilə bölüşür.
YeniZamantv.az QHT.az-a istinadən xəbər verir ki, fəlakətin 23-cü günündə dağıntılar altından xilas edilən ‘Aleks’ adlı it dünya mətbuatında geniş yer tapıb. Britaniyanın Daily Mail qəzeti “Həqiqətən möcüzədir” başlığı ilə oxucularının qarşısına çıxıb.
Dünya 23 gündən sonra dağıntılar altından sağ çıxarılan Aleks adlı itdən danışır: Bu, həqiqətən möcüzədir.
Xəbərdə Aleksin dağıntılar altında 23 gün ac və susuz qaldığı bildirilib.
The New York Post yazıb ki, itin zəif səsi bölgədə müvəqqəti sığınacaq yaratmaq üçün kəşfiyyat qrupları tərəfindən eşidilib.
Al Monitor həftələrlə dağıntılar altında qalmasına baxmayaraq, Aleksin səhhətinin yaxşı olduğunu oxucuları ilə bölüşüb.