Cənubi Qafqaz və Azərbayanda hər iki dövlətin geosiyasi maraqları var-İran və Rusiyanın
Mətbuatın yazdığına görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovla görüşüb. Görüşdə Cənubi Qafqaz regionunda baş verən son hadisələr, “3+3” formatı, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq və Şimal-Cənub dəhlizi kimi məsələlərin müzakirə edildiyi bildirilir.
Bunlar əslində görüşün görünən tərəfidir. Aysberqin görünməyən tərəfində ola bilsin tərəflər başqa məsələləri də müzakirə ediblər.
Belə ki, regionumuzda cərəyan edən bir sıra proseslər eyni zamanda həm Moskva, həm də Tehranı narahat edir. Hər iki ölkə Cənubi Qafqaz dövlətlərinin müstəqil siyasət yürütmələrinə qarşı çıxış edir.
YeniZamantv.az xəbər verir ki, Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, İran və Rusiyanın Bakıdakı səfirlərinin görüşü əsasən Aİ-nin müşahidə missiyasının regiona gəlməsilə bağlıdır:
Bu görüşə İranla Rusiya arasında son yaxınlaşma kontekstində baxmaq lazımdır. İran Ukrayna məsələsində Rusiyanın yanında olduğundan ciddi basqı altındadır. Belədə Rusiyaya paralel olaraq İrana da sanksiyalar tətbiq olunur.
Cənubi Qafqaz və Azərbayanda hər iki dövlətin geosiyasi maraqları var. İran və Rusiyanın Bakıdakı səfirlərinin bir-birilə görüşü də məhz bu maraqların uzlaşdırılması kontekstində keçirilir. Regionumuzda ciddi proseslər baş verir ki, Tehranla Moskva həmin proseslərə həssas şəkildə yanaşırlar. Regionumuzda İran və Rusiyanı narazı salan bəzi hadisələr baş verir. Avropa Birliyinin müşahidə missiyasının iki il müddətinə regiona gəlməsi hər iki dövləti narahat salıb. Düşünürəm ki, hər iki səfir arasında müzakirə olunan məsələ əsasən məhz bu məqamla bağlı olub”.