Vüqar Behbudov şəhid Əmir Kazımovun ailəsini ziyarət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Bakının Xəzər rayonunda şəhid Əmir Kazımovun ailəsini ziyarət edib.
YeniZamantv.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şücaətlər göstərən Əmir Kazımov Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüşdə şəhidimizin vətənpərvərliyindən, haqq savaşımızda göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Əmir Kazımovun da xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı diqqətə çatdırılıb.