Tarixi yaşadanlar-Mirhəsən Həsənov 55
Düz 37 il öncə Çernobıl nüvə enerji stansiyasında həyata keçirilən təhlükəsizlik yoxlaması, dünya tarixində ən dəhşətli nüvə qəzasına səbəb oldu.
Fəlakət nəticəsində radiasiya Avropanın bir çox hissəsinə yayıldı. Çernobıl qəzasından sonra minlərlə insan xərçəng və digər xəstəliklərdən ölüb və hələ ölməkdədir.
Lakin bəzi ehtimallara görə ölümlərin sayı xeyli azaldılıb. Qrinpis təşkilatı bəyan edib ki, qəza nəticəsində ölənlərin satı 100 mindir. Onların arasında Azərbaycan vətəndaşı olanlar da var.
18 yaşı olanda Çernobıl qəzasının ləğvində iştirak edib. Onunla yanaşı yeddi minə yaxın azərbaycanlı vardı . Onların çoxu vəfat edib.
O vaxt baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə 600 min insan cəlb olunmuşdu. Həmin vaxt bəşəriyyət böyük bir fəlakətdən xilas oldu. Bəşəriyyəti faciədən qurtaran insanların səhhətlərində ciddi problemlər yarandı, həyatlarında böyük bir iz qoydu. Xeyli sayda yeni doğulan körpə vəfat etdi, uşaqlar xəstəliklə, əlilliklə doğuldular.
Çernobıl atom-elektrik stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan Azərbaycan vətəndaşlarının sayı 5500-dən çoxdur.
Bu insanları ətrafına toplayıb, onların problemlərinin həllində iştirak etmək elə də asan məsələ deyildi. Bunu güclü birisi edə bilərdi.
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədri Mirhəsən Həsənov bu missiyanı öz üzərinə götürdü.
Çətin dövrlər idi. Ölkə müharibənin içində olsa da Ulu Öndər Heydər Əliyev Çernobıl əlilləri üçün müəyyən addımlar atdı.
Daha sonraAzərbaycan dövlətinin Prezidenti İlham Əliyev sosialyönümlü qanunvericilik aktlarının reallaşması, Çernobıl əlillərinin sosial hüquqlarının qorunması istiqamətində önəmli addımların atılmasını təmin etdi.Hazırda onların maddi-məişət şəraitlərinin, sosial vəziyyətinin, maddi rifah halının yaxşılaşdırılması sahəsində başlanılan işlər ardıcıl olaraq davam etdirilir.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən 500 nəfərə yaxını birinci qrup əlilliyi olan şəxsə Prezidentin aylıq təqaüdü ödənilir. Ötən il 275 Çernobıl əlili yeni mənzillərlə təmin olunub. Çernobıl əlilləri yeni mənzillərlə təmin olunurlar. Hər il bu rəqəmlər artımla dəyişir. Sadaladıqlarımız dövlətin və onun Rəhbərinin qayğısı olsa da Mirhəsən Həsənovun qaldırdığı məsələlərin, təkliflərin bəhrəsidir, desək yanılmarıq.
Mirhəsən Həsənov qeyd edir ki, Çernobıl əlilləri Birinci Qarabağ müharibəsi zamanı, övladları isə Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə də ön sırada olublar. Şəhid olanlar, təkrar əlillik statusu qazananlar var. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərdən iki min nəfərdən çoxu Birinci Qarabağ müharibəsində iştirak edib, Vətən müharibəsində isə 100-dən artıq çernobılçının övladı döyüşüb.
Mirhəsən Həsənov onu da vurğulayır ki, bu gün bütün Azərbaycan çernobılçıları dövlətimizin, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və torpaqlarımızı işğaldan azad etmək uğrunda Müzəffər Ali Baş Komandanımızın hər bir əmrini yerinə yetirməyə və şəhid olmağa belə hazırdırlar.
“Azərbaycan Çernobıl Əlilləri İttifaqı” nın hər bir üzvü dövlətlə onların arasında körpü yaradan ictimai birliyin sədri Mirhəsən Həsənova çox güvənirlər. Elə bu günlərdə 55 yaşı tamam olan “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” ictimai birliyinin sədri Mirhəsən Həsənovu təbrik edir, vətən naminə fəaliyyətində uğurlar diləyirik!
Mətanət Əsgərqızı
YeniZamantv.az