20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Əli Nağıyev: “Bəzi qonşu dövlətlərin təxribatlarının qarşısı qətiyyətlə alınır”

 Əli Nağıyev: “Bəzi qonşu dövlətlərin təxribatlarının qarşısı qətiyyətlə alınır”

DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə tədbir keçirilib.

YeniZamantv.az xəbər verir ki, DTX rəisi general-polkovnik Əli Nağıyev DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Xidmət rəisi Əli Nağıyev, eyni zamanda, xüsusi qeyd edib ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaq.

Paylaşın:

Digər yazılar