Rusiya silahlıları Xersonun təxliyə bölgəsini atəşə tutur
Rusiya silahlıları Ukraynanın Xerson vilayətində əhalinin təxliyə edildiyi ərazilərə atəş açır.
YeniZamantv.az xəbər verir ki, bu barədə görüntülər “Telegram” kanallarında yayılıb.
Məlumata görə, Rusiya hərbçiləri birbaşa evlərə atəş açır. Atəş nəticəsində yaralananların olduğu bildirilir.
Qeyd edək ki, iyunun 6-da Xerson vilayətində Kaxovka SES-in bəndlərindən birinin partladılıb.