20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Putinə oxşayanlar bağlı yerlərdə saxlanılır” – Ukrayna Kəşfiyyatı

 “Putinə oxşayanlar bağlı yerlərdə saxlanılır” – Ukrayna Kəşfiyyatı

“Rusiya prezidenti Vladimir Putin əksər kütləvi tədbirlər zamanı dublyorundan istifadə edir”.

YeniZamantv.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin sözçüsü Andrey Yusov “Ukrainska pravda”ya müsahibəsində deyib.

O bildirib ki, bu, həm əməliyyat kəşfiyyatına, həm də fizioqnomistlərin və bir çox digər mütəxəssislərin qiymətləndirmələrinə əsaslanan faktdır.

“Putinin işğal olunmuş cənub bölgələrinə səfərləri mütləq qurulmuş bir səhnədir. İştirak edən Putin deyil, onun dublyorudur. Davranış və görünüşündə çox böyük fərq var” – deyə Andrey Yusov bildirib.

O qeyd edib ki, Putinin dublyorları qapalı yerlərdə və çox sayıq mühafizəçilərin nəzarəti altında saxlanılır.

“Biz başa düşürük ki, Kremldə yaşayan Putinlə görüş hətta öz xalqı üçün də məhduddur: getdikcə uzanan multimetrlik masa, hamının keçdiyi karantinlər və s. Putin hətta uzaq məsafədə olan xarici dövlətlərin nümayəndələri ilə görüşəndə əl sıxmır. Buna görə də, tam əminliklə demək olar ki, Xerson vilayətinin işğal olunmuş Mariupol şəhərində gördüklərimiz tam olaraq tamaşadır”, – deyə Andrey Yusov əlavə edib. /Turkustan.az /

Paylaşın:

Digər yazılar