YeniZamantv.az xəbər verir ki, 21 iyun 2023-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura növbəti iclas keçirib.
İclasda Komitənin əməkdaşı Zəminə Səfərova, İctimai Şuranın sədri Fariz Əkbərov və Şura üzvləri iştirak ediblər.
İctimai Şuranın sədri Fariz Əkbərov Şuranın fəaliyyət planının hazırlanması və işçi qrupunun yaradılması ilə bağlı təkliflər verib.
İclasda Şuranın sədr müavinləri Nailə Ismayılova, Aynur Zülfüqarlı və üzvlər Mətanət Cəfərova, Vəfa Abbasova, İradə Polad, Arzu Əliyeva, Samirə Mustafayeva çıxış ediblər. Həmin təkliflər əsasında 6 aylıq fəaliyyət planının hazırlanması və 3 işçi qrupu yaradılması qəbul edilib.
İclasda şura üzvləri eyni zamanda İctimai Şuranın digər fəaliyyət istiqamətlərini də müzakirə ediblər.
İctimai Şura üzvləri Komitənin fəaliyyətləri istiqamətində gələcək işlərində rəy və təkliflərini veriblər.