25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədri KİV və QHT-lərə müraciət etdi

 QHT sədri KİV  və QHT-lərə müraciət etdi
SOS SOS !
Dəyərli KİV və QHT nümayəndələri, ictimai fəal şəxslər ! Bir neçə saat öncə Respublika Kliniki Xəstəxanasında tibbi müayinə və ambulator tibbi dəstək üçün köməyə ehtiyacım yarandı. Bildiyiniz kimi mən irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkirəm. İsti keçən hava şəraiti sağlamlığımda ciddi fəsadlar yaratmışdı. Təəssüf hissi ilə qeyd edirəm ki, RKX-idarə sistemində böyük bir XAOS höküm sürür. Xaosu yaradan heyət RKX yeni təyin olunmuş rəhbər şəxsləri və ya şəxsdir. Xəstəxanda hazırda onlarla hemofiliyalı insan müalicə alır və yüzlərlə ambulator xəstə var lakin onlara göstərilən tibbi xidmət bərbaddır.
Bir iynə üçün 2 saatdan çox zaman itirmişəm. Hematoloqiya şöbsində illərdi çalışıan peşəkar tibbi heyat rəhbərlik tərəfindən yaradılan süni DİKTATOR rejim və birokratik əngəllər qarşısında tibbi xidməti göstərməkdə acizdilər. Hematoloqiya şöbəsində kadr çatışmamazlığından xidmətin sürəti ləngiyir. Xəstəxananın yeni təyin olunmuş direktoru ilə görüşmək mümkün deyil. Artıq bir aya yaxın zamandır labaratoriya xidməti mövcud deyil.
Anlamaq belə çətindir ki, hemofiliyalılar labarator xitmətin olmadan necə müalicə və müayinə oluna bilər. Peşəkar tibbi heyət “yeni direktorun” istəyi ilə iştən kənarlaşdırılıb. 2000-ə yaxın insanın həyatı risk altındadır. Cənab prezidentin ölkədə başlatdığı islahatlara kölgə salan bu tip neqativ addımlar yol verilməzdir. Hemofiliya dövlət proqramında olan bir xəstəlikdir . Hazırda şəxsi maraqlar səbəbindən bərbad günə salınıb.
Qısa zamanda hemofiliyalı şəxslərin həyatına yaranan risklər aradan qaladırılmasa ÇOX ciddi fəsadları olacaq. Bizə ” kresloda kimin oturmasının” heç önəmi yoxdur, bizə sağlamlığımız önəm kəsb edir. Biz məcburən nəzarətsiz buraxılan xəstəxannın rəhbərliyi tərəfindən yaradılan biabrçılığı cənab Prezidentə 2000 nəfərlik bir imza müraciəti ilə təqdim etməyi düşünürük. Probilemin ictimaişəlməsi bəlkədə onlarla insanın həyatını xilas edə bilər.
Paylaşın:

Digər yazılar