23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Uşaq istismarına biganə qalmayaq!

 Uşaq istismarına biganə qalmayaq!
YeniZamantv.az xəbər verir ki, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi “Uşaq istismarına biganə qalmayaq!” adlı layihənin icrasına  start verib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin icra müddəti 01avqust 2023-cü il – 01 oktyabr 2023-cü il tarixədəkdir.
Bu barədə  YeniZamantv.az-a “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva məlumat verib.
O, qeyd edib ki,   layihədə insan alveri, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı effektləri , həmçinin uşaqların cinsi istismarının ağır cinayət olması barədə əhalinin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə Bakı şəhəri (Sabunçu və Suraxanı rayonları), Şəki şəhəri və Neftçala rayonunda sorğu keçirilməsini nəzərdə tutulur.
Qeyd olunan rayon İcra Hakimiyyətlərinin, aidiyyatı dövlət qurumlarının, sahibkarların, müəllimlərin və rayonun fəal gənclərinin iştirakı ilə əhali arasında keçirilən sorğunun nəticələri müzakirə olunmaqla konfransın təşkil olunmasını, uşaq əməyinin istismarın uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına mənfi təsir etdiyini, uşaqların cinsi istismarı nədir? mövzusunda söhbətlər aparılacaq.
Həmçinin   insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarının pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu özündə əks etdirən 440 ədəd bukletin hazırlanaraq əhali arasında yayılmasını , həmçinin zərərçəkmiş şəxslərə hüquqi, psixoloji yardım göstərilməsini nəzərdə tutur.
Paylaşın:

Digər yazılar