Natali Qule … köhnə ssenari yenə də davam edir…
“Fransanın Qarabağla bağlı hazırkı siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni köhnə ssenari yenə də davam edir”.
YeniZamantv.az xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında Fransa Senatının üzvü Natali Qule deyib.
Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınayıb:
“Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir.
Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar, həmçinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar.
Guya ki, “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparırlar. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”, – deyə Fransa Senatının üzvü Natali Qule əlavə edib.